Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
ABŞ-dəki etirazlarda 170 nəfər saxlanıldı
 
						ABŞ-dəki etirazlarda 170 nəfər saxlanıldı
Əlavə olunub: 06.10.2025 | 10:46 | Baxılıb: 641
ABŞ-də ölkə Prezidenti Donald Trampın miqrasiya siyasətinə qarşı keçirilən etiraz aksiyaları zamanı 170 nəfər saxlanılıb. 

“omrum.az” “Axios” portalına istinadən xəbər verir ki, onlardan 20 nəfəri Nyu-Yorkda Trampa məxsus “Trump Tower” göydələninin qarşısında saxlanılıb. 

“CNN” telekanalı isə San-Fransiskoda 150-yə yaxın etirazçının polis bölmələrinə aparıldığını bildirib. 

Qeyd edək ki, iyunun 6-da Los-Ancelesdə qanunsuz miqrantların kütləvi saxlanılmasına başlanılıb. Bir gün sonra isə şəhərdə məsələ ilə bağlı iğtişaş və aksiyalar başlayıb. Hazırda bütün ölkə üzrə etiraz aksiyaları davam edir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.