“omrum.az” xəbər verir ki, bu barədə “The Times” qəzeti bir sıra NATO ölkələrinin Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin Vaşinqtonda apardığı müzakirələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, avropalılar “F-35” qırıcılarının Rumıniyadakı hərbi hava qüvvələri bazasında yerləşdirilməsini istəyirlər.
Onlar, həmçinin Vaşinqtonun Ukraynanın GPS naviqasiya peyk sistemindən istifadə etmək üçün ABŞ peyklərinə və kəşfiyyatına çıxış əldə edəcəyinə zəmanət verməsini dəstəkləyirlər.
Bundan əlavə onlar ABŞ administrasiyasından Ukraynaya “Patriot” zenit-raket komplekslərinin, NASAMS zenit-raket komplekslərinin tədarükünə zəmanət verməsini və gələcəkdə Qara dəniz üzərində kəşfiyyat təyyarələrinin istifadəsinə icazə verilməsini istəyirlər.