Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
ABŞ husilərlə atəşkəs əldə etdiyini açıqladı
 
						ABŞ husilərlə atəşkəs əldə etdiyini açıqladı
Əlavə olunub: 05.06.2025 | 22:55 | Baxılıb: 2005
ABŞ Prezidenti Donald Tramp Yəməndəki husiləri bombalamağı dayandıracağını açıqlayıb.

“omrum.az” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu barədə Kanadanın Baş naziri Mark Karni ilə görüşü zamanı bildirib.

“Dünən gecə çox yaxşı xəbər gəldi. Husilər bizə dedilər ki, daha döyüşmək istəmirlər. Biz buna hörmət edirik və bombardmanı dayandıracağıq”, - o qeyd edib.

Amerika liderinin sözlərinə görə, husilər təslim oldular və artıq gəmiləri partlatmayacaqlarını açıq şəkildə bildirdilər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.