
“omrum.az” xəbər verir ki, bu barədə Dövlət Departamenti bəyanat yayıb.
“Nazirlik ABŞ-nin milli və ictimai təhlükəsizliyini qorumaq üçün bütün zəruri tədbirləri görür”, - məlumatda deyilir.
ABŞ Dövlət katibi Marko Rubio da məsələ ilə bağlı “X”də paylaşım edərək bildirib:
“ABŞ üçün ölkəmizi və xalqımızı qorumaqdan daha yüksək prioritet yoxdur”.
Qeyd edək ki, qərar Ağ Evin yaxınlığında iki Milli Qvardiya əsgərinin atəşə tutulması və onlardan birinin həyatını itirməsindən sonra qəbul olunub.