Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.11.2025 | 09:24 | Baxılıb: 1502
ABŞ Senatı hökumətin fəaliyyətinin bərpasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

“omrum.az"in məlumatına görə, yekun səsvermənin nəticələrinə əsasən, sənədi 60 senator dəstəkləyib, 40-ı isə əleyhinə səs verib.

Layihə hökumətin fəaliyyətinin dayandırıldığı (şatdaun) dövrdə ödənişsiz məzuniyyətə göndərilən dövlət qulluqçularına maaşların ödənilməsini, həmçinin, 2026-cı maliyyə ilinin sonunadək (30 sentyabr) ərzaq talonlarının maliyyələşdirilməsini nəzərdə tutur.

Qanun layihəsi Senatda qəbul edildikdən sonra səsvermə üçün Nümayəndələr Palatasına təqdim olunacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.