Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
ABŞ Ukraynadakı vətəndaşlarına xəbərdarlıq etdi
 
						ABŞ Ukraynadakı vətəndaşlarına xəbərdarlıq etdi
Əlavə olunub: 06.05.2025 | 06:06 | Baxılıb: 1689
ABŞ-nin Kiyevdəki səfirliyi Ukraynadakı vətəndaşlarına hava hücumu xəbərdarlığı zamanı ehtiyatlı olmağı və sığınacaq axtarmağı tövsiyə edib.

“omrum.az” xəbər verir ki, müvafiq bəyanat Amerika səfirliyinin saytında dərc olunub.

“Rusiya son həftələrdə Ukraynaya qarşı raket və dron hücumlarının intensivliyini artırıb və əhəmiyyətli hava hücumları riski hələ də qalmaqdadır. ABŞ-nin Kiyevdəki səfirliyi ölkə vətəndaşlarını lazımi ehtiyatlı olmağa çağırır”, - bəyanatda deyilir.

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı ölkənin aerodromlarına edilən hücumlara cavab verəcəyini bəyan edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.