Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
ABŞ-yə səfərində halı pisləşdi, ölkəsinə qayıdır
 
						ABŞ-yə səfərində halı pisləşdi, ölkəsinə qayıdır
Əlavə olunub: 05.03.2025 | 12:00 | Baxılıb: 2717
Serbiya Prezidenti Aleksandar Vuçiçin ABŞ-yə səfəri zamanı səhhəti pisləşib.

“omrum.az” xəbər verir ki, bu barədə məlumatı Serbiyanın “RTS” dövlət televiziyası yayıb. 

Məlumata görə, həkimlərlə məsləhətləşmələrdən sonra Serbiya lideri səfərini yarıda qoyaraq ölkəsinə qayıtmağa qərar verib. 

Bununla belə, 55 yaşlı prezidentin səhhətində problemin məhz nə olduğu açıqlanmayıb.

Qeyd olunub ki, Vuçiç mayın 1-i Floridada Nyu-Yorkun keçmiş meri Rudolf Giuliani ilə görüşüb. Bununla yanaşı, onun daha bir neçə yüksəkvəzifəli şəxslərlə görüşü planlaşdırılırdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.