Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.21.2025 | 22:33 | Baxılıb: 2293
ABŞ administrasiyası Ukrayna Prezidenti Volodimir Zelenskidən Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına dair Vaşinqtonun hazırladığı yeni planı ən gec noyabrın 27-də ABŞ-də qeyd olunan “Şükran günü”nə qədər imzalamasını gözləyir.

“omrum.az” xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, amerikalı rəsmilər Zelenskinin sənədi təsdiqləməsindən sonra sözügedən planı Rusiyaya təqdim etməyi planlaşdırırlar.

Məqalədə qeyd olunur ki, Vaşinqton bu prosesi noyabrın sonunadək başa çatdırmaq, dekabrda isə münaqişənin nizamlanmasına dair bütün mərhələləri yekunlaşdırmaq niyyətindədir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.