Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Acun Ilıcalı məhkəmə qarşısında - Video
 
						Acun Ilıcalı məhkəmə qarşısında 
							 - Video
Əlavə olunub: 07.02.2025 | 15:15 | Baxılıb: 2630
Türkiyəli iş adamı Acun Ilıcalı İstanbulda hakim qarşısına çıxıb.

“omrum.az” xəbər verir ki, o, “TV8” və “Exxen”də yayımlanan futbol oyunları zamanı qanunsuz mərc reklamlarının efirdə görünməsi ilə bağlı açılan istintaq çərçivəsində ifadə verib.

Məhkəmədə danışan A.Ilıcalı bu vəziyyətdən dərin narahatlıq keçirdiyini bildirib:

“Çox məyusam və ürəyimdə böyük acı hiss edirəm. Uzun illərdir televiziya sahəsində çalışıram, belə bir hadisə ilə gündəmə gəlmək istəməzdim”.

Acun Ilıcalı aylıq gəlirinin təxminən 5 milyon TL (213 min 500 manat) olduğunu və yayımlanan reklamlarla heç bir əlaqəsinin olmadığını vurğulayıb:

“Biz sadəcə yayımçı tərəfik. UEFA-nın oyunlar zamanı stadionlarda yerləşdirdiyi reklamların məzmununa nəzarət imkanımız yoxdur. Texniki olaraq bu görüntüləri efirdən silmək və ya dəyişmək imkanımız da yoxdur”.

Qeyd edək ki, istintaq orqanları bəzi oyunların yayımı zamanı Türkiyədə qadağan olunmuş onlayn mərc saytlarının reklamlarının efirdə göründüyünü iddia edir. Bu səbəbdən məsələ ilə bağlı Acun Ilıcalı və “TV8” rəhbərliyi ifadəyə çağırılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.