Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Adam öldürməyə görə axtarışda idi, Polşadan gətirildi
 
						Adam öldürməyə görə axtarışda idi, Polşadan gətirildi
Əlavə olunub: 04.11.2025 | 13:16 | Baxılıb: 1695
Polşada tutulan azərbaycanlı ölkəyə gətirilib.

“omrum.az” xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Gürcüstan vətəndaşı Ağacanov Ülpət Fizuli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Polşanın Lodz rayon məhkəməsi tərəfindən təmin edilib.

Ülpət Ağacanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən adam öldürmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib. Şəxs 2024-cü ilin oktyabr ayında Polşanın Kutno şəhərində müəyyən edilərək həbs edilib.

Bu il aprelin 3-ü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Ü.Ağacanov Polşadan ölkəmizə gətirilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.