Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Aeroport yolunda sürət həddi endirildi
 
						Aeroport yolunda sürət həddi endirildi
Əlavə olunub: 02.28.2025 | 20:50 | Baxılıb: 948
Qarlı hava şəraiti səbəbindən hazırda paytaxtın 10-a yaxın küçə və prospektində nəqliyyat sıxlığı müşahidə olunur. Xüsusilə də nəqliyyatın intensiv olduğu yollarda hərəkət çətinləşib.

Bu barədə “omrum.az”ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hazırda mərkəzin əməkdaşları və yol polisi naryadları yollardakı vəziyyəti nəzarətdə saxlayır, sürücülərin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülür.

Bu məqsədlə Zığ şosesi-Hava Limanı yolunda sürət həddi 20/km saat endirilib. Məlumat-sürət tablolarında “buzlu yol” işarəsi qoyulub. Digər yollarda da sürət həddinin endirilməsi istisna edilmir. Sürücülərdən ara məsafəsi saxlamaları, yüksək sürətlə hərəkət etməmələri tövsiyə olunur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.