Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Aeroport yolunda yük maşını piyadanı vurub öldürdü
 
						Aeroport yolunda yük maşını piyadanı vurub öldürdü
Əlavə olunub: 06.05.2025 | 14:25 | Baxılıb: 1772
Bakıda yük maşını qəza törədib.

“omrum.az” xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində qeydə alınıb.

Belə ki, “Ford Tranzit” markalı yük maşınının 1991-ci il təvəllüdlü sürücüsü Famil Faxrət oğlu Cavadov hərəkətdə olarkən, 1952-ci il təvəllüdlü piyada Arif Qədimulla oğlu Fətəliyevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər RPİ-də cinayət işi başlanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.