Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
AFFA-dan “Sumqayıt”ın futbolçularına ağır cəzalar
 
						AFFA-dan “Sumqayıt”ın futbolçularına ağır cəzalar
Əlavə olunub: 05.14.2025 | 13:52 | Baxılıb: 891
AFFA İntizam Komitəsi qərarı ilə “Sumqayıt”ın futbolçuları Rəşad Əzizli və Vüqar Mustafayev cəzalandırılıb.

“omrum.az” xəbər verir ki, futbolçuların Misli Premyer Liqasının 34-cü turunda “Kəpəz”lə oyundakı davranışlarına görə bu qərarlar verilib.

Matçın 89-cu dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün R.Əzizli 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Sumqayıt” klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Oyunun 89-cu dəqiqəsində Vüqar Mustafayev də eyni qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb. O da 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. “Sumqayıt” daha 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.