Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ağ Evin sözçüsü Azərbaycan səfirinin müsahibəsini paylaşdı
 
						Ağ Evin sözçüsü Azərbaycan səfirinin müsahibəsini paylaşdı
Əlavə olunub: 08.19.2025 | 18:55 | Baxılıb: 3276
Ağ Evin sözçüsü Karolin Leavit özünün “X” hesabında Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimin “Washington Examine”-ə verdiyi müsahibəni paylaşıb.

“omrum.az”  xəbər verir ki, Xəzər İbrahim “Washington Examiner”-ə verdiyi müsahibədə ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında böyük rol oynadığını bildirib. 

Azərbaycan səfiri Prezident Trampı əsl lider və əsl sülhməramlı adlandırıb. Onun Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının paraflanmasında böyük xidmətləri olduğunu söyləyib.

Səfir bildirib ki, Tramp prezident seçildikdən sonra meydana sülh gətirmək istəyən bir dünya lideri çıxıb. 

“Bakı və İrəvan üç ilə yaxındır ki, sülh sazişi istiqamətində çox səmərəli iş görüblər. Lakin sülh sazişinin bağlanması üçün kömək edə biləcək dünya lideri lazım idi. Altı ay əvvəl, Tramp prezident seçildikdən sonra sülh gətirmək istəyən bir dünya lideri meydana çıxdı”, - deyə səfir bildirib.

Qeyd edək ki, Vaşinqtonda avqustun 8-də Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə iki ölkə arasında sülh razılaşmasını paraflayıblar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.