Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ağadadaş Ağayevin balta atdığı mühafizəçi həbs edildi
 
						Ağadadaş Ağayevin balta atdığı mühafizəçi həbs edildi
Əlavə olunub: 04.25.2025 | 10:49 | Baxılıb: 22938
Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm olmuş Nurəddin Cəlilov həbs edilib.

“omrum.az” Musavat.com-a istinadən xəbər verir ki, Nurəddin Cəlilov 15 sutka inzibati qaydada həbs olunub.

“omrum.az"in əldə etdiyi məlumata görə, Nurəddin Cəlilov metroda bir nəfərlə mübahisə edib. Bu səbəbdən o, metro polisi tərəfindən saxlanılıb. Onun barəsində protokol qəbul edilərək məhkəməyə göndərilib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə N.Cəlilov xırda xuliqanlıqda təqsirli bilinib, ona  7 sutka həbs cəzası verilib. 

Xatırladaq ki, “Medera Hospital”da mühafizəçi olan N. Cəlilovla A. Ağayev arasında insident baş vermişdi. Hər iki şəxs xuliqanlıqda təqsirli bilinərək hakim qarşısına çıxarılmışdı. Onlar məhkəmə istintaqı dövründə barışmış, hər ikisi şərti cəza almışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.