Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ağdərədə insan sümükləri tapıldı
 
						Ağdərədə insan sümükləri tapıldı
Əlavə olunub: 04.03.2025 | 14:54 | Baxılıb: 1550
Ağdərədə insan skeletinə məxsus sümüklər tapılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən “omrum.az"in sorğusuna cavab olaraq bildirilib ki, hadisə aprelin 2-si Ağdərə rayonu, Baş Güneypəyə kəndi ərazisində baş verib.

Belə ki, insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi barədə pokurorluğa məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Baxış zamanı aşkar olunmuş sümük qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda sümüklərin kimə məxsus olması istiqamətində zəruri prosessual hərəkətlər icra edilir.

Fakla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.