Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.13.2025 | 09:46 | Baxılıb: 948
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

“omrum.az” xəbər verir ki, rayon ərazisində idarəetmədən çıxan avtomobil yol kənarına aşıb.

Nəticədə 5 nəfər - 1988-ci il təvəllüdlü Ə.Məmmədova, 1984-cü il təvəllüdlü G.Qarayeva, 1983-cü il təvəllüdlü N.Muğanova, 1988-ci il təvəllüdlü L.Cəlilova və 1984-cü il təvəllüdlü R.Əliyev müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev 

***

Hadisə ilə bağlı Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) açıqlama yayıb.

Bildirilib ki, hadisə noyabrın 12-də saat 23:00 radələrində Ağstafa rayonu ərazisində qeydə alınıb: “Rayon sakini Rəhman Əliyevin idarə etdiyi “Ford” markalı, 77-VP-715 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində nəqliyyat vasitəsində sərnişin qismində olan 4 nəfər qadın xəstəxanaya müraciət edib. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.