Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ağstafada ölümlə nəticələnən qəzaya görə sürücü həbs edildi
 
						Ağstafada ölümlə nəticələnən qəzaya görə sürücü həbs edildi
Əlavə olunub: 08.01.2025 | 12:58 | Baxılıb: 998
Avqustun 1-də gecə saatlarında Ağstafa rayonu ərazisində  piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətininin regional qrupundan “omrum.az”ya bildirilib ki, qəzada xəsarət alan, 2004-cü il təvəllüdlü rayon sakini Elgün Valeh oğlu Fəziyev xəstəxanaya aparılarkən yolda vəfat edib.

Ağstafa RPŞ əməkdaşları tərəfindən hadisəni törədən, etibarnamə olmadan, başqasına məxsus “Mercedes” avtomobli idarə edən rayon sakini, əvvəllər polis nəfəri kimi Daxili İşlər Orqanlarından mənfi motivlərə görə xaric olunan 38 yaşlı Elvin Əliyev saxlanılaraq həbs edilib.

Fakta görə cinayət işi başlanılaraq istintaq tədbirləri davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.