Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ağsuda yanğına səbəb olan şəxs məsuliyyətə cəlb edildi
 
						Ağsuda yanğına səbəb olan şəxs məsuliyyətə cəlb edildi
Əlavə olunub: 08.10.2025 | 11:37 | Baxılıb: 1101
Avqustun 9-da Ağsu rayonunun Ərəbmehdibəy kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “omrum.az”ya bildirilib ki, araşdırmalarla yanğının kənd sakini Z.Bağırovanın məişət tullantılarını yandırarkən odla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Hadisə nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Z.Bağırova məsuliyyətə cəlb olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.