Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Aİ də Suriyaya qarşı sanksiyaları ləğv edir
 
						Aİ də Suriyaya qarşı sanksiyaları ləğv edir
Əlavə olunub: 05.20.2025 | 20:38 | Baxılıb: 603
Avropa İttifaqı (Aİ) ölkələri Bəşər Əsədin devrilməsindən sonra müharibədən əziyyət çəkən ölkənin bərpasına kömək etmək məqsədilə Suriyaya qarşı iqtisadi sanksiyaların ləğvinə qərar veriblər.

“omrum.az” xəbər verir ki, bu haqda “Al-Jazeera” telekanalı məlumat yayıb.

Məlumata görə, Aİ-nin 27 üzv ölkəsinin səfirləri bu addım üçün ilkin razılaşma əldə ediblər və bu, Brüsseldə xarici işlər nazirlərinin görüşündə rəsmi şəkildə açıqlanacaq.

Xatırladaq ki, ABŞ ötən həftə Dəməşqə qarşı sanksiyaları ləğv edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.