Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Aİ-nin Trampa cavabı gecikmədi
 
						Aİ-nin Trampa cavabı gecikmədi
Əlavə olunub: 05.24.2025 | 09:36 | Baxılıb: 2024
ABŞ prezidenti Donald Trampın Aİ-yə 50 faizlik gömrük rüsumunun tətbiq edilməsi təklifindən sonra, Avropa İttifaqının ticarət üzrə komissarı Maroş Şefçoviç sosial media hesabında paylaşım edib.

“omrum.az"in məlumatına görə, o bildirib ki, Aİ ilə ABŞ arasında ticarət danışıqları təhdidlərlə deyil, qarşılıqlı hörmətlə aparılmalıdır. 

ABŞ ticarət naziri Hovard Latnik və ticarət nümayəndəsi Ceymison Qrir ilə görüşlər keçirdiyini ifadə edən Şefçoviç, Aİ-nin hər iki tərəfə fayda verəcək ticarət razılaşması etməkdə qərarlı olduğunu vurğulayıb.

“Aİ-ABŞ ticarəti unikaldır və təhdidlərə deyil, qarşılıqlı hörmətə əsaslanmalıdır. Biz öz maraqlarımızı müdafiə etməyə hazırıq”, - o qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.