
“omrum.az” xəbər verir ki, bu barədə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qərar qəbul edib.
Məhkəmə Demirtaşın artıq 9 ildir həbsdə saxlanılmasının əsassız olduğunu bəyan edib.
Türkiyə tərəfi qərarla razılaşmayaraq işin Böyük Palata tərəfindən yenidən araşdırılmasını istəyib. Lakin AİHM əvvəlki qərarını dəyişməyib.
Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərara münasibətində “biz bu məsələdə məhkəmə nə deyirsə, ona əməl edəcəyik”,- deyə bildirib.
Qeyd edək ki, AİHM indiyə qədər bu iş üzrə üç dəfə qərar qəbul edib və hər üçündə S.Demirtaşın həbsdə saxlanılmasını hüquq pozuntusu kimi qiymətləndirib.