Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.29.2025 | 11:47 | Baxılıb: 1407
“Airbus” şirkəti istismarda olan xeyli sayda A320 təyyarəsini geri çağırıb.

“omrum.az” “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb təyyarələrin idarəetmə sistemlərində problemlərin aşkar edilməsidir. 

Geri çağırılan təyyarələrin proqram təminatının dəyişdirilməsi planlaşdırılır.

Bu qərarın təxminən 6000 ədəd A320 təyyarəsinə şamil olunacağı bildirilir, bu isə dünya üzrə mövcud parkın yarısından çoxu deməkdir. 

“Bu tədbir uçuşların ləğvinə və gecikməsinə səbəb ola bilər”, - şirkətin məlumatında deyilir.

Qeyd edək ki, son günlərdə A320 təyyarələri ilə bağlı meydana gələn problemlər səbəbindən dünyanın müxtəlif ölkələrində 100-dən çox reys təxirə salınıb. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.