“omrum.az” xəbər verir ki, Azərbaycan bölməsi üzrə müvafiq sahədə təcrübəsi olan mütəxəssis və müəllimlərin işə qəbulu aşağıdakı fənlər üzrə aparılır:
Mexanika kafedrası üzrə:
* Yol hərəkətinin təşkilinin əsas istiqamətləri (magistratura);;
* Avtomobil nəqliyyatının müasir problemləri (magistratura);
* Nəqliyyat axınları nəzəriyyəsi;
* Avtomobil konstruksiyalarının təhlükəsizliyi;
* Şəhərin nəqliyyat planlaşdırılması;
* Yol şəraitləri və yol hərəkətinin təhlükəsizliyi;
* Təkərli maşınların hərəkət nəzəriyyəsi;
* Avtomobil nəqliyyatının tarixi və metodologiyası (magistratura);
* Nəqliyyatda informasiya texnologiyaları;
* Yol-nəqliyyat hadisələrinin tədqiqi və avtotexniki ekspertiza;
* Yol hərəkətinin nizamlanma üsulları və alqoritmlər;
* Nəqliyyatda hərəkətin təhlükəsizliyi;
* Kompüter qrafikası;
* Yanma və patrlayış nəzəriyyəsi;
* Fövqəladə hallarda kompleks müdafiənin əsasları;
* Qəza xilasetmə işlərinin aparılma taktikası;
* Mülki müdafiə və ilkin tibbi yardım;
* Mülki müdafiə;
* Dəmir yolları;
* Dəmiryol nəqliyyatının hərəkət vasitələrinin elektrik avadanlıqları və enerji qurğuları.
Energetika kafedrası üzrə:
* İdarəetmə nəzəriyyəsi
* Siqnallar və sistemlər
* Elektrik şəbəkələrinin rele mühafizəsi və avtomatikasının müasir məsələlər
* Elektrik sistemlərinin və avadanlıqlarını mühafizəsi
Fizika və ekologiya kafedrası üzrə:
* Ekoloji proqnozlaşdırma (magistratura);
* Ekoloji təhlükəsizlik (magistratura);
* Ekoloji menecment (magistratura);
* Sənaye tullantılarından ətraf mühitin təmizlənməsində fiziki üsulların tətbiqi (magistratura);
* Ekologiyanın tarixi və metodologiyası (magistratura);
* Ekologiyanın müasir problemləri (magistratura);
* Sahil ekosistemlərinin ekologiyası və mühafizəsi;
* Ekoloji audit və menecment xidməti;
* Ekoloji informasiya sistemləri;
* Antropogen ekosistemlər;
* Ətraf mühitin ekoloji və iqtisadi qiymətləndidrilməsi;
* Elmi tədqiqat üsulları (təbiət elmləri üzrə).
İnformasiya texnologiyaları kafedrası üzrə:
* Neyron şəbəkələr və neyrokompüter texnologiyaları;
* Proqram mühəndisliyi;
* Data-Mining və BIG DATA texnologiyaları;
* Süni intellekt;
* Sistem mühəndisliyi;
* İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri;
* Verilənlər bazalarının təhlükəsizliyi;
* Bulud təhlükəsizliyi;
* Kriptografiyanın əsasları;
* Nüfuzetmə sınaqlarının əsasları;
* Elektronikanın əsasları və İoT təhlükəsizliyi;
* Rəqəmsal sistemlərə kiberhücumlar və onların qarşısının alınması;
* Kompüter steqanoqrafiyası;
* Mobil qurğuların informasiya təhlükəsizliyi;
* Təhlükəsiz proqramlaşdırma (Secure programming);
* Rəqəmsal kriminalistikanın əsasları;
* Sənaye idarəemə sistemlərinin təhlükəsizliyi;
* SƏTƏMM;
* Şəbəkələrin təhlükəsizliyi;
* Simsiz və mobil şəbəkələrə giriş (biometrik sistemlər);
* Sistemlərin simulyasiyası;
* Mikroprosessorlar;
* RFİD və kompüter tətbiqləri;
* Bulud hesablamaları və virtuallaşdırma;
* Alqoritmin analizi və hazırlanması üsulları;
* Mobil qurğular üçün proqramlaşdırma;
* Mühəndislər üçün proqramlaşdırma;
* Obyekt-yönlü proqramlaşdırma (magistratura);
* Informasiya emalı sistemlərinin riyazi modelləri (magistratura);
* Verilənlərin paylanmış emalı (magistratura);
* Süni intellekt sistemləri (magistratura).
Riyaziyyat kafedrası üzrə:
* Xətti cəbr və analitik həndəsə;
* Riyaziyyatın ibtidai kursunun nəzəri əsaslarının aktual problemləri (magistratura);
* Müqayisələr nəzəriyyəsinin elementləri və onların tətbiqləri (magistratura);
* Kəmiyyətlərin öyrədilməsinin ümumi məsələləri (magistratura);
* Riyazi terminlərin və anlayışların formalaşdırılması texnologiyası (magistratura).
Xarici dillər kafedrası üzrə:
* Xarici dildə işgüzar və akademik kommunikasiya.
Humanitar fənlər kafedrası üzrə:
* Multikulturalizmə giriş;
* Azərbaycan dilində işgüzar və akademik kommunikasiya;
* Fars dili;
* Əski Azərbaycan yazısı;
* Məntiqi və tənqidi təfəkkür;
* Orta məktəbdə ədəbiyyat kursunda test tapşırıqlarının həlli metodikası;
* Avropa tarixi;
* Etika və estetika;
* Sosiologiya;
* Fəlsəfə.
Pedaqogika və psixologiya kafedrası üzrə:
* Tətbiqi mexanika;
* Elektrotexnika;
* Qloballaşma və beynəlxalq sosial iş;
* Keys menecment;
* Sosial işdə idarəetmə;
* Sosial işdə tədqiqat metodları;
* Azərbaycanda sosial yardım sistemi;
* Təhsil sistemində sosial iş;
* Ədliyyə sistemində sosial iş;
* Sosial iş təcrübəsiində etik prinsiplər;
* Təşkilatlarla sosial iş;
* Soaial-iqtisadi siyasət və qanunvericilik;
* Sosial antropologiya və milli psixologiya.
* Məktəbəqədər pedaqogikanın tarixi və metodologiyası (magistratura);
* Məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyə işlərinin metodikası (magistratura);
* Nitq inkişafı və onun tədrisinin aktual məsələləri (magistratura);
* Məktəbəqədər təhsildə uşaqların öyrənmə-idrak fəaliyyətinin təşkili (magistratura);
* Uşaqlarda ünsiyyət mədəniyyətinin formalaşdırılması (magistratura);
* Məktəbəqədər təhsildə milli-mənəvi dəyərlər və inteqrasiya (magistratura);
* Ekoloji dayanıqlıq və uşaq şəxsiyyətinin inkişafı (magistratura);
* Məktəbəqədər təhsildə uşaq hüquqları və sosial müdafiə (magistratura).
İqtisadiyyat kafedrası üzrə:
* Mikroiqtisadiyyat;
* Makroiqtisadiyyat;
* Qiymət siyasəti;
* İqtisadiyyata giriş;
* Rəqəmsal iqtisadiyyat;
* Beynəlxalq iqtisadiyyat;
* Beynəlxalq maliyyə;
* Beynəlxalq iqitsadi münasibətlər;
* Vergi mühasibatlığı, vergi borclarının tənzimlənməsi;
* Vergi hüququ;
* Yaşıl maliyyə;
* Maliyyə uçotu;
* İdarəetmə uçotu və korporativ qərarların verilməsi;
* Maliyyə menecmenti;
* Korporativ maliyyə;
* Bank menecmenti;
* Turizm məhsullarının idarə edilməsi;
* Bronlaşdırma sistemləri;
* Turizm marşurtları ekskursiya işinin təşkili;
* Azərbaycanın turizm sənayesi;
* Turizm inkişafının planlaşdırılması;
* Destinasiyaların idarə edilməsi;
* Müalicə və sağlamlıq turizmi;
* Memarlığa giriş;
* Dekorativ tətbiqi sənət;
* Arxeologiya, mədəniyyət və turizm;
* Keyfiyyət əsaslı tədqiqat metodları;
* Kəmiyyət əsaslı tədqiqat metodları;
* Karyera planlaması;
* Yumşaq bacarıqlar;
* Sərt bacarıqlar.
Biznes və menecment kafedrası üzrə:
* Yaşıl iqtisadiyyat;
* Strateji menecment;
* Karyera planlaması;
* Keyfiyyətin idarə edilməsi;
* Menecment;
* İnsan resurslarının idarə edilməsi;
* Firmanın iqtisadiyyatı;
* Rəqəmsal marketinq;
* Müasir idarəetmə yanaşmaları;
* Beynəlxalq menecment;
* Brendinqin əsasları;
* Marketinq tədqiqatları;
* İdarəetmə iqtisadiyyatı;
* Bələdiyyə idarəçiliyi;
* Dövlət idarəçiliyində etika;
* Regional idarəetmə;
* Dövlət idarəçiliyi nəzəriyyəsi;
* Korporativ idarəetmə;
* Sosial media marketinqi;
* Müştəri əlaqələrinin idarə edilməsi;
* Pərakəndə ticarət marketinqi;
* Qərar qəbulu metodları;
* Dövlət qulluğu;
* Beynəlxalq marketinq;
* Marketinq menecmenti (MBA proqramı üzrə);
* Kiçik biznesin menecmenti (MBA proqramı üzrə);
* Davamlı və inkluziv inkişafın idarə edilməsi (magistratura);
* Şəhər təsərrüfatının idarə edilməsi (magistratura);
* Dövlət və bələdiyyə idarəçiliyinin müasir problemləri (magistratura);
* Dövlət qulluğunun təşkili və idarə edilməsi (magistratura).
Vakant vəzifələrə müraciət edən namizədlərə tələblər:
✓ İxtisas profilinə uyğun istehsalat sferasında təcrübəyə, müvafiq elmi ad və dərəcələrə (minimum magistr təhsilli) malik olan şəxslər müraciət edə bilər;
✓ Tədrisin təşkili ilə bağlı bacarıqlara malik olması;
✓ 3 illik sənaye təcrübəsinin olması;
✓ Tədris texnologiyalarından (office proqramları – word, excel, power point, microsoft teams və s.) istifadə bacarığının olması;
✓ Akademik səviyyədə tədris dilini (azərbaycan, rus və ya ingilis dili) bilmək;
✓ Vəzifənin etik davranış qaydalarına sadiqlik;
✓ Axşam saatlarında (18:30–21:30) tədris aparmaq imkanının olması.
Qeyd: Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər.
Maraqlanan şəxslər CV, diplomun surətini (qiymət vərəqəsi) və iddia etdikləri fənn yaxud fənlər üzrə uyğun sillabusu hazırlayıb 2025-ci ilin 12 iyul tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Namizədlər iddia etdikləri fənn yaxud fənlərin adları barədə məktubda məlumat verməlidirlər.