Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
AKP-dən Öcalanın çağırışına rəsmi münasibət
 
						AKP-dən Öcalanın çağırışına rəsmi münasibət
Əlavə olunub: 02.27.2025 | 19:33 | Baxılıb: 3735
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Efkan Ala PKK terror təşkilatının həbsdəki lideri Abdulla Öcalanın tərəfdarlarına çağırışına münasibət bildirib.

“Qafqazifo” xəbər verir ki, bu haqda “TRT haber” məlumat yayıb.

“Çağırışın mahiyyəti silahı yerə qoymaq və terror təşkilatının özünü ləğv etməsidir. Biz nəticəyə baxırıq.

Terror təşkilatı bu çağırışı qəbul etsə, silahı yerə qoysa, Türkiyə buxovlarından qurtulmuş olar.

AK Partiya və prezidentimiz terroru Türkiyənin gündəmindən çıxarmaq üçün hər şeyi etdi. Nəticə vacibdir. Təşkilat çağırışa əməl edəcəkmi?

Terrorsuz Türkiyə olub-olmayacağını müzakirə edəcəyik. Kaş ki, mümkün olsun, amma Türkiyədə AK Partiya hökuməti qurulandan bəri terrorla çox effektiv mübarizə aparırıq. Terrorsuz Türkiyə mümkündür. Əgər çağırışa məhəl qoyulmasa, da Türkiyə artıq terrorla effektiv mübarizə aparır. Terrorla mübarizə ilə terrorsuz Türkiyə hədəfinə çata bilərik” , - E.Ala qeyd edib

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.