Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ali Koçla azarkeşlər arasında gərginlik - Video
 
						Ali Koçla azarkeşlər arasında gərginlik 
							 - Video
Əlavə olunub: 06.24.2025 | 10:00 | Baxılıb: 1609
Türkiyə Basketbol Liqasının final mərhələsində keçirilən “Beşiktaş” – “Fənərbaxça” matçında gərgin anlar yaşanıb.

“omrum.az” xəbər verir ki, meydan sahibi komandanın azarkeşləri rəqib klubun prezidenti Ali Koçun ünvanına təhqiredici şüarlar səsləndirib. 

Bundan sonra ara qarışıb. 

“Fənərbaxça” prezidenti Ali Koç meydanın kənarından qaçaraq komandanın idarəçilərinin yer aldığı tribunaya çıxıb. Orada olan “sarı lacivərt”li idarəçilərlə “Beşiktaş” tərəfdarları arasında gərginlik isə bundan sonra daha da böyüyüb. 

Klubun prezidenti Sərdar Adalı azarkeşlərə səslənərək sakitləşmələrini istəyib. 

Təhlükəsizlik əməkdaşları və polisin müdaxiləsindən sonra isə tərəflər arasındakı gərginliyə son qoyulub. 

Qeyd edək ki, “Fənərbaxça” bu görüşdə 91:87 hesablı qələbə qazanıb. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.