Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Almaniyada azərbaycanlı tələbənin meyiti tapıldı
 
						Almaniyada azərbaycanlı tələbənin meyiti tapıldı
Əlavə olunub: 07.07.2025 | 14:30 | Baxılıb: 4330
Azərbaycanlı tələbə Almaniyada ölü tapılıb.

“omrum.az” APA-ya istinadən xəbər verir ki, birinci kurs tələbəsi Kənan Camal oğlu Səfərov iyulun 5-də Münhendə yaşadığı evdə ölü tapılıb.

Almaniyada yaşayan Azərbaycan vətəndaşı Mirnatiq Mirsultanov açıqlamasında deyib ki, Kənan Səfərov 6 aydır Almaniyaya gedib və həm təhsil alıb, həm də diş həkimi köməkçisi kimi işləyib.

O, iyulun 5-i işə getmədiyi üçün yaşadığı ünvana adam göndərilib. Qapını döysələr də, açan olmayıb, mənzilə pəncərədən daxil olublar və döşəmənin üzərində Kənan Səfərovun meyitini aşkarlayıblar.

Meyitin üzərində hər hansı zorakılıq əlaməti olmayıb.

Onun qida zəhərlənməsindən və ya digər başqa səbəbdən ölümü araşdırılır.

Hüquq-mühafizə orqanlarına məlumat verilib, cənazənin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.