“omrum.az” xəbər verir ki, bu barədə “Die Welt” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Əsas tədbirlərə qaçqınlara sığınacaq verilməsindən imtina etməyə imkan verən Avropa İttifaqının Fəaliyyəti haqqında Müqavilənin 72-ci maddəsinin aktivləşdirilməsi, sərhəd nəzarətinin gücləndirilməsi və deportasiya prosedurlarının sürətləndirilməsi daxildir.
Bundestaq seçkiləri öncəsi keçirilən “YouGov” sorğusunun nəticələrinə görə, almanların 31%-nin əsas problemi miqrasiya olub. İkinci yerdə iqtisadiyyat və inflyasiya (26%), üçüncü yerdə sosial təminat (16%) gəlir.