Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.16.2025 | 09:58 | Baxılıb: 816
Almaniya kansleri Fridrix Mertsin nəticə verməyən siyasəti hökumətin vaxtından əvvəl buraxılmasına səbəb ola bilər.

“omrum.az” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Nəşrin yazdığına görə, Mertsin rəhbərlik etdiyi CDU/CSU fraksiyasında belə onun açıqlamalarının effektivliyi şübhə altına alınır və siyasətinin real nəticə vermədiyi vurğulanır. 

Agentlik qeyd edib ki, hazırkı hökumətin miqrasiya və iqtisadiyyat kimi əsas problemləri həll edə bilməməsi “Almaniya üçün Alternativ – AfD” partiyasının populyarlığını artırıb və ölkədə yenidən vaxtından əvvəl hökumət buraxılması ehtimalını gücləndirib.

Bundan əlavə, qeyd olunub ki, keçirilən sorğulara əsasən, almanların yalnız 18%-i Mertsin 2029-cu ildə yenidən kanslerliyə namizəd olmasını dəstəkləyir.

Xatırladaq ki, 2024-cü ildə Almaniyanın əvvəlki koalisiyası da eyni səbəbdən süquta uğramışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.