Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Alqışlar və Paşinyanın ani reaksiyası... - Video
 
						Alqışlar və Paşinyanın ani reaksiyası... 
							 - Video
Əlavə olunub: 08.09.2025 | 10:36 | Baxılıb: 7728
Azərbaycan Prezidenti İlham Əliyevin sözləri Ağ Evdə alqışlarla qarşılanıb. 

“omrum.az"in məlumatına görə, liderlərin tarixi görüşündə Azərbaycanın dövlət başçısı sülhə əminliyini ifadə edib. 

O qeyd edib ki, geri addım atılmayacaq: “İlk növbədə onu söyləmək istəyirəm ki, bu gün biz sülh sazişinə start veririk. Bu proses çoxdan gedirdi. Nəyə görə möhtəşəm Prezidentin iştirakı ilə bu paraflanma burada - birinci nömrəli paytaxtda, birinci nömrəli ofisdə baş verir? Bu o deməkdir ki, burada nə şübhələr, nə başqa məsələlər olmalıdır. 

Əgər bizim hər hansı birimizin-ya Baş nazir Paşinyan, ya mən ağlımızda geriyə addım atmaq fikirləri olsaydı, biz buraya gəlməzdik. Tam əmin ola bilərsiniz, Azərbaycan xalqı, Azərbaycan icması, burada baş verən hadisələr nəticədə uzunmüddətli, əbədi sülhə gətirib çıxaracaq”.

İ.Əliyevin bu fikirlərini ABŞ lideri Donald Tramp və zalda əyləşənlər alqışlayıb. Ardınca Ermənistanın Baş naziri Nikol Paşinyan anidən Azərbaycan Prezidentinin sözlərinə reaksiya verib: “Üzr istəyirəm, tam razıyam. Heç bir əlavəm yoxdur”. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.