
“omrum.az” xəbər verir ki, ifaçılar menecer Özgür Arasın vasitəçiliyi ilə Ankara Hava Limanında görüşərək göz yaşları içində bir-birini qucaqlayıblar.
Barışma anları Aras tərəfindən instaqramda paylaşılıb və qısa müddətdə gündəmə çevrilib.
İkilinin küslüyü 2019-cu ildə hədiyyə saatın satılmaq istənilməsi iddiaları səbəbindən yaranmışdı.
Demet Akalın barışmanı “Çox darıxmışdım, çox” sözləri ilə ifadə edib, menecer Özgür Aras isə “Küsülü olanları barışdırmaq lazımdır” deyə vurğulayıb.