Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.27.2025 | 21:30 | Baxılıb: 1080
NATO-nun Baş katibi Mark Rutte Reykyavikdə keçirdiyi mətbuat konfransı zamanı Şimali Atlantika Alyansını quran ölkələrin sayı ilə bağlı suala düzgün cavab verə bilməyib.

“omrum.az” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“İslandiya alyansın təsisçi ölkələrindən biridir. Xatırladığım qədər, 1949-cu ildə onların sayı 10 idi”, - deyə baş katib cavab verib, amma elə həmin anda orada olanlar ona düzəliş edib. Belə ki, əslində onların sayı 12 idi.

“Bəli, 1949-cu ildə onların sayı 12 idi. İslandiya isə 12 təsisçi ölkədən biri idi. O, çox mühüm NATO üzvü olaraq qalır”, - Rutte sözlərinə düzəliş edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.