Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Alyaskadakı danışıqları dəyərləndirdi - Video
 
						Alyaskadakı danışıqları dəyərləndirdi 
							 - Video
Əlavə olunub: 08.17.2025 | 12:33 | Baxılıb: 2347
ABŞ dövlət katibi Marko Rubio Alyaskada keçirilən sammiti “çox məhsuldar” adlandırıb.

“omrum.az” xəbər verir ki, diplomatın danışıqlarla bağlı cavabı jurnalist Pavel Zarubinin teleqram kanalında dərc olunub.

Belə ki, jurnalistlər ondan Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Trampın görüşü ilə bağlı təəssüratlarını bölüşməsini xahiş ediblər.

“Çox yaxşı, çox məhsuldar oldu”, - deyə Rubio bildirib.

Xatırladaq ki, avqustun 15-də Alyaskada Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında görüş keçirilib. Görüş zamanı əsas olaraq Ukraynadakı münaqişə müzakirə edilib. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.