Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Amasyada 39 nəfər bir məclisdə zəhərləndi
 
						Amasyada 39 nəfər bir məclisdə zəhərləndi
Əlavə olunub: 06.12.2025 | 06:40 | Baxılıb: 909
Türkiyənin Amasya şəhərində 39 nəfər qidadan zəhərlənib.

Bu barədə “omrum.az” xəbər verir ki,  hadisə Hacılar Meydanı Məhəlləsindəki evlərdən birində qeydə alınıb.

Evdə təşkil edilən ziyafətə qatılan qonaqlara toyuq ətindən hazırlanmış yemək verilib. Onlar yeməkdən sonra özlərini pis hiss edərək ürəkbulanmadan, qarın ağrısından və qusmadan şikayətləniblər.

Zərərşəkənlər təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar. Onların vəziyyətinin yaxşı olduğu bildirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.