Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.04.2025 | 11:06 | Baxılıb: 594
“ABŞ Prezidenti Donald Trampın administrasiyası “Amerikanın Səsi”nin (VOA) xaricdəki ofislərinin və radiostansiyalarının bir hissəsini bağlamağı planlaşdırır”.

“omrum.az” xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb. 

Ağ Ev artıq Konqresi federal büdcədən maliyyələşən “Amerikanın Səsi” radiostansiyasının yayım imkanlarını məhdudlaşdırmaq planları haqqında məlumatlandırıb.

“Amerikanın Səsi”nə nəzarət edən ABŞ Qlobal Media Agentliyinin (USAGM) rəhbəri Kari Leyk bildirib ki, söhbət altı xarici büronun və dörd marketinq ofisinin, o cümlədən Cakarta (İndoneziya), İslamabad (Pakistan), Nayrobi (Keniya) və Praqa (Çexiya) nümayəndəliklərinin bağlanmasından gedir. 

Eyni zamanda, “Amerikanın Səsi”nin Almaniya, Tailand və Botsvanadakı radiostansiyalarının bağlanacağı bildirilir. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.