Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.05.2025 | 10:43 | Baxılıb: 2233
Futzal üzrə Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” hazırlığını davam etdirir.

“omrum.az” xəbər verir ki, Bakıda təlim-məşq toplanışına başlayan ölkə çempionu heyətini yeni oyunçu ilə gücləndirib. Bu haqda Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

“Araz-Naxçıvan” braziliyalı Aleksanderson Teixeira Barbosa ilə 1 illik müqavilə imzalayıb. 25 yaşlı futzalçı ötən mövsümü Qazaxıstanın “Jetisu” klubunda keçirib.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq. Avqustun 27-də Şimali İrlandiyanın “Sparta Belfast”, ertəsi gün Şotlandiyanın “PYF Saltires”, avqustun 30-da isə Avstriyanın “Ljuti Krajişniçi” komandaları rəqib olacaq. Bu qrupun oyunları Avstriyada keçiriləcək. Yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.