Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Arvadını ağacla döyüb yaraladı, sonra özünü öldürdü - Yenilənib
 
						Arvadını ağacla döyüb yaraladı, sonra özünü öldürdü 
							 - Yenilənib
Əlavə olunub: 07.03.2025 | 15:23 | Baxılıb: 4167
Lənkəranda ər həyat yoldaşına xəsarət yetirib, sonra özünü öldürüb.

“omrum.az” APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Biləsər kəndində baş verib.

Kənd sakini 1973-cü il təvəllüdlü Məzahir Rəcəbov ailə münaqişəsi zəminində həyat yoldaşını, 1978-ci il təvəllüdlü Gülşən Həsənovanı ağacla döyərək xəsarətlər yetirib. Daha sonra o, boğazını kəsərək özünü öldürüb.

Qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 14:30 radələrində Lənkəran rayonunun Biləsər kəndində baş vermiş hadisə nəticəsində 1 nəfər qadın bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

“Zərərçəkənə zəruri ilkin tibbi xidmətlər göstərilib. Müalicəsi Təcili yardım şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir. 1 nəfər kişinin isə həkiməqədər ölüm faktı qeydə alınıb” .

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.