Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Astarada 66 yaşlı kişi qətlə yetirildi - Gənc saxlanıldı
 
						Astarada 66 yaşlı kişi qətlə yetirildi 
							 - Gənc saxlanıldı
Əlavə olunub: 08.17.2025 | 20:32 | Baxılıb: 2434
Astara rayonunun Suparibağ kəndində qətl hadisəsi baş verib.

“omrum.az” xəbər verir ki, hadisə avqustun 17-də, saat 20:00 radələrində törədilib.

Suparibağ kəndinin ərazisində 1959-cu il təvəllüdlü Məmmədov İsgəndər Şıxəli oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

Həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Əliyev Vüsal Əvəz oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hadisənin şəxsi münasibətlər zəmnində törədildiyi  bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.