Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ata-oğul yol qəzasında öldü
 
						Ata-oğul yol qəzasında öldü
Əlavə olunub: 02.28.2025 | 12:04 | Baxılıb: 3012
Fevralın 26-da Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“omrum.az” xəbər verir ki, Hüsülü kəndi ərazisində “KamAZ” markalı yük maşını ilə iki minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan şəxslərdən 1979-cu il təvəllüdlü Allahverdi İmanov hadisə yerində, onun atası 82 yaşlı Yusif İmanov isə xəstəxanada vəfat edib.

Daha 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.