Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.07.2025 | 13:03 | Baxılıb: 562
Rumıniyanın Piteşti şəhərində gənclər və 23 yaşa qədər avarçəkənlər arasında kayak və kanoe üzrə Avropa çempionatı keçirilib.

“omrum.az” xəbər verir ki, komandamızın üzvlərindən kanoe qayığında mübarizə aparan Tatyana Smilovenko üçüncü yer tutub.  

Avarçəkənimiz təsnifat və yarımfinal mərhələsində 500 metr məsafədə 1 nəfərlik qayıqda uğurlu çıxış edərək A finalına yüksəlib. Finalda finiş xəttini üçüncü keçən Tatyana Avropa çempionatının bürünc medalına layiq görülüb.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.