Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.26.2025 | 10:36 | Baxılıb: 454
Slovakiyada yeniyetmə və gənclər arasında kayak, kanoe üzrə 38-ci beynəlxalq “Bratislava Reqatası” turniri keçirilir. 

“omrum.az” xəbər verir ki, 20-dən çox ölkənin mübarizə apardığı turnirdə komandamız uğurlu çıxışını davam etdirir. 

Ötən gün 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə qızıl medala layiq görülən Tatyana Smilovenko ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.  O, bu dəfə 500 metr məsafədə bütün rəqiblərini geridə qoyub. 

Xatırladaq ki, yarışların ilk günündə kayak qayığında 200 metr məsafədə mübarizə aparan Əlimurad Hacızadə ikinci yer tutub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.