Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.22.2025 | 01:48 | Baxılıb: 908
“Əgər Avropa İttifaqı Ukraynada sülhün bərqərar olmasını istəyirsə, Vladimir Putin və Donald Trampın Budapeştdə planlaşdırılan görüşü mümkün qədər təcili reallaşmalıdır”.

“omrum.az” “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Trampın yaxın vaxtlarda Rusiya lideri Vladimir Putinlə görüş planlarını ləğv etdiyi açıqlanmışdı.

Agentliyin məlumatına görə, Budapeştdə Putin-Tramp sammitinə hazırlıq məqsədilə keçirilməsi nəzərdə tutulan Sergey Lavrov və Marko Rubio arasında görüş də baş tutmayacaq. Mənbə qeyd edib ki, ABŞ və Rusiya prezidentlərinin ikinci şəxsi görüşü baş tutmayıb. Buna səbəb isə odur ki, Putin kompromisə getmək istəməyib və qarşı tərəfə radikal tələblər irəli sürüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.