
“omrum.az” xəbər verir ki, bu barədə məlumatı “ABC News” yayıb.
Bildirilib ki, sosial media platformaları gələn həftədən etibarən ayda neçə uşağın sosial şəbəkə hesabını bağladıqları barədə məlumat təqdim etməlidirlər.
16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsinə tətbiq edilən məhdudiyyətlər dekabrın 10-da qüvvəyə minəcək.
Belə ki, “Facebook”, “Instagram”, “Kick”, “Reddit”, “Snapchat”, “Threads”, “TikTok”, “X” və “YouTube” həmin tarixdən etibarən 16 yaşdan kiçik Avstraliya vətəndaşlarının hesablarını ləğv etmək üçün zəruri tədbirlər görməyəcəyi təqdirdə 50 milyon Avstraliya dollarına qədər (təxminən 56 milyon AZN) cərimələnə bilərlər.
Qeyd edək ki, Avstraliya parlamenti sosial şəbəkə istifadəçiləri ilə bağlı yaş məhdudiyyətinə dair qanunu 2024-cü ilin noyabr ayında təsdiqləyib.