Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.10.2025 | 13:42 | Baxılıb: 1629
Avstraliyada 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsinə tətbiq edilən məhdudiyyətlər qüvvəyə minib. 

“omrum.az” xəbər verir ki, bu barədə “eSafety” agentliyi məlumat yayıb. 

Qüvvəyə minən qanuna əsasən “Facebook”, “Instagram”, “Kick”, “Reddit”, “Snapchat”, “Threads”, “TikTok”, “X” və “YouTube” platformaları bu gündən etibarən 16 yaşdan kiçik Avstraliya vətəndaşlarının hesablarını ləğv etməlidir. Qanunu pozan şirkətlər 50 milyon Avstraliya dollarına qədər (təxminən 56 milyon AZN) cərimələnə bilər.

Məlumata görə, məhdudiyyətlərin tətbiq olunduğu platformaların siyahısı mütəmadi olaraq nəzərdən keçiriləcək.

Qeyd edək ki, Avstraliya parlamenti sosial şəbəkə istifadəçiləri ilə bağlı yaş məhdudiyyətinə dair qanunu 2024-cü ilin noyabr ayında təsdiqləyib. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.