Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Avstriyada dostlarının şəklini çəkmək istəyən turist dağdan yıxıldı - Foto
 
						Avstriyada dostlarının şəklini çəkmək istəyən turist dağdan yıxıldı 
							 - Foto
Əlavə olunub: 05.16.2025 | 20:46 | Baxılıb: 882
Britaniyalı turist 40 metr hündürlükdən yıxılsa da, möcüzə nəticəsində sağ qalıb.

“omrum.az” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Belə ki, o, Avstriyanın yaxınlığındakı Donnerkogel dağından yıxılıb. Mənbənin sözlərinə görə, 21 yaşlı turist iki dağ zirvəsini birləşdirən attraksionunun yaxınlığında dostlarının fotolarını çəkmək üçün təhlükəsizlik kəmərini çıxarıb və təxminən 40 metr hündürlükdən yıxılıb.

Britaniyalının kürəyindən ciddi xəsarət aldığı və onu xilas etmək üçün üç helikopter lazım olduğu bildirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.