Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Avtobusda 3 qadın yıxılaraq xəsarət aldı - Yenilənib
 
						Avtobusda 3 qadın yıxılaraq xəsarət aldı 
							 - Yenilənib
Əlavə olunub: 04.28.2025 | 11:08 | Baxılıb: 2859
Gəncədə 3 sərnişin avtobusdan yıxılaraq xəsarət alıb.

“omrum.az” xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Onların dayanacaqda 1 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusundan düşmək istəyən zaman yıxıldıqları bildirilib.

Belə ki, 1990-cı il təvəllüdlü Şəhla Tağızadə, 2000-ci il təvəllüdlü Xoşqədəm Nəsibova və 2009-cu il təvəllüdlü Mərvi Hüseynova müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

AYNA-dan bildirilib ki, Gəncədə Heydər Əliyev prospekti ilə Rüzgar Qasımov küçəsinin kəsişməsində 1 nömrəli marşrut avtobusunun qarşısına anidən adam çıxıb: "Daşıyıcıdan aldığımız məlumata görə, qəzanın qarşısını almaq üçün avtobus sürücüsü əyləc sistemindən istifadə etməli olub. Nəticədə avtobusda olan sərnişinlərdən bir neçəsi yıxılaraq xəsarət alıb. Dərhal xəstəxanaya aparılan sərnişinlər müayinə olunduqdan sonra evə buraxılıblar. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır".

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.