Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Avtobusdan düşüb yolu keçərkən “Audi” vurub öldürdü - Foto
 
						Avtobusdan düşüb yolu keçərkən “Audi” vurub öldürdü 
							 - Foto
Əlavə olunub: 05.14.2025 | 09:09 | Baxılıb: 5277
Dünən Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“omrum.az” xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralının Lənkəran rayonunun Şağlaser kəndi ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran rayon Xarxatan kənd sakini 1976-cı il təvəllüdlü Xanım Nəsirova avtobusdan düşüb yolu keçmək istəyərkən “Audi” markalı minik avtomobili tərəfindən vurulub.

X.Nəsirova Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Daha sonra həkimlərin qərarı ilə Bakıya yola salınan yaralı yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.