“omrum.az” xəbər verir ki, bu barədə daşıyıcı şirkət məlumat yayıb.
Belə ki, piyadalar üçün nəzərdə tutulmamış yerdən yolu qaçaraq keçən 2 nəfər saatda 30-35 kilometr sürətlə hərəkət edən avtobusun qarşısına qəfil çıxıb.
Bu zaman onlardan biri yıxılaraq yolun hərəkət hissəsində qalıb və nəqliyyat vasitəsinə çırpılıb. Ağır xəsarət alan şəxs xəstəxanaya aparılsa da, həyatını itirib.
Hadisə hüquq-mühafizə oqranları tərəfindən araşdırılır.
Qəza anını əks etdirən görüntüləri təqdim edirik: