Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Avtomobil mağazaya çırpıldı - 1 ölü, 2 yaralı - Foto
 
						Avtomobil mağazaya çırpıldı 
							 - 1 ölü, 2 yaralı - Foto
Əlavə olunub: 04.01.2025 | 12:07 | Baxılıb: 2419
Ötən gecə saat 01 radələrində İsmayıllı rayonunda ağır yol qəzası baş verib.

“omrum.az” xəbər verir ki, “VAZ 2107” markalı avtomobilin 1983-cü il təvəllüdlü sürücüsü Yasin Rəhimovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı obyektə çırpılıb.

Hadisə zamanı xəsarət alan sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

Sərnişinləri - 32 yaşlı Mehman Babayev və 33 yaşlı Bəhruz Əlizadə isə xəsarət alıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.