Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Avtomobil su kanalına aşdı - Sürücü yaralandı
 
						Avtomobil su kanalına aşdı 
							 - Sürücü yaralandı
Əlavə olunub: 08.19.2025 | 14:19 | Baxılıb: 1225
Saatlı rayonunda minik avtomobili su kanalına aşıb, sürücü xəsarət alıb.

“omrum.az” xəbər verir ki, hadisə Saatlı rayonunun Kamallı kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli sakini Şükürov Rauf Bəxtiyar oğlu idarə etdiyi 99-UK-638 dövlət nömrə nişanlı “Opel” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq su kanalına aşıb.

Avtomobilin içərisində sıxılmış vəziyyətdə qalan sürücü xilasetmə qüvvələri tərəfindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. O, Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.